Modern.az

Belarus və İran əməkdaşlığı dərinləşdirir - Saziş imzalanacaq

Belarus və İran əməkdaşlığı dərinləşdirir - Saziş imzalanacaq

Dünya

2 Mart 2023, 14:02

Belarus və İran tezliklə beynəlxalq avtomobil yükdaşımaları üçün icazələrə ehtiyac duyulmayan prosedurun yaradılması haqqında saziş imzalayacaqlar.

 

Modern.az Belarusun rəsmi "BelTA" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və rabitə naziri Aleksey Avramenko danışıb.

 

"Belarus və İran nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirir. Yüklərin beynəlxalq avtomobil daşımalarının sadələşdirilmiş prosedurunu müəyyən edən sənəd imzalamağa yüksək səviyyədə hazırıq. Bu, logistika şirkətlərinə Belarus-İran marşrutu üzrə ​​yeni daşıma sxemləri qurarkən avtomobil nəqliyyatının potensialından daha çox istifadə etməyə imkan verəcək. İcazəyə ehtiyac duyulmayan sistemlə bağlı 4 ölkə üçün planlarımız var. İranla danışıqlar apardıq. Düşünürəm ki, yaxın iki həftə ərzində saziş imzalanacaq. İran tərəfi də bu işi tamamlayır” - deyə Aleksey Avramenko bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu