Modern.az

Podolyak Moskvanın Bryansk açıqlamasını təkzib etdi - Klassik təxribatdır

Podolyak Moskvanın Bryansk açıqlamasını təkzib etdi - Klassik təxribatdır

Dünya

2 Mart 2023, 14:42

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın Bryansk şəhərində hadisələrin baş verməsi barədə iddiaları təkzib edib.

 

Modern.az xəbər verir ki, müşavir bu haqda tviter səhifəsində yazıb.

 

"Rusiyadakı sabotaj qrupu ilə bağlı hekayə klassik bir qəsdli təxribatdır. Rusiya başqa bir ölkəyə etdiyi hücuma və müharibə ilindən sonra artan yoxsulluğa haqq qazandırmaq üçün xalqını qorxutmaq istəyir. Rusiyadakı partizan hərəkatı güclənir və daha aqressiv hala gəlir. Partizanlardan qorxun...", - Podolyak qeyd edib.

 

Xatırladaq ki, bu gün Rusiyanın Ukrayna ilə həmsərhəd Bryansk vilayətində atışma qeydə alındığı, iki nəfərin girov götürüldüyü barədə Kremlə yaxın mətbuat orqanları iddialar tirajlanmışdı. Rusiya Federal Təhlükəsizlik Xidməti isə hadisəni törədənlərin zərərsizləşdirilməsi istiqamətində işlər görüldüyü barədə açıqlama yaymışdı. Məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinin tezliklə Təhlükəsizlik Şurasının fövqəladə toplantısını keçirəcəyinə dair məlumat verilmişdi.

 

 

Bu xəbər ilə bağlı
Putin Bryanskdakı hadisəni terror adlandırdı - YENİLƏNİB
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu