Modern.az

Moldovada dövlət dilinin adı dəyişdirilir

Moldovada dövlət dilinin adı dəyişdirilir

Dünya

2 Mart 2023, 15:58

Moldova parlamentinin komissiyaları "Moldova dili" adının "rumın dili"nə dəyişdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.


Modern.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.


Məlumatda qeyd edilib ki, qanun layihəsi parlamentin plenar iclasının müzakirəsinə çıxarılana qədər komissiyalarda səs çoxluğu ilə təsdiq edilib.


Qanun layihəsinin müəlliflərindən biri, hakim Fəaliyyət və Həmrəylik (PAS) partiyasından olan deputat Petru Frunze jurnalistlərə bildirib ki, sənəd Konstitusiya Məhkəməsinin “Moldova” ifadəsini bütövlükdə “rumın” ifadəsi ilə əvəz etmək barədə qərarını yerinə yetirmək məqsədi daşıyır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu