Modern.az

ABŞ-a adekvat cavab verməyə məcbur olacağıq - Rusiya XİN

ABŞ-a adekvat cavab verməyə məcbur olacağıq - Rusiya XİN

Dünya

2 Mart 2023, 15:38

"Rusiya təhlükəsizlik arxitekturasının yenilənməsi ilə bağlı dialoqa çağırır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib.

 

"Kosmik silahlanma yarışının qarşısının alınmasına dair sənədin hazırlanması zərurəti ABŞ-ın proqramlarına görə artıb. Rusiya Federasiyası START məhdudiyyətlərinə sazişdə iştirakını dayandırdıqdan sonra da riayət edir. ABŞ-ın Ukraynadakı münaqişəyə cəlb olunması nüvə güclərinin birbaşa toqquşması ilə nəticələnə bilər. Silahlara nəzarət sistemindəki problemlər NATO-nun atdığı destruktiv addımlarla bağlıdır. Qərb Lavrovun Cenevrədəki tərksilah konfransındakı çıxışına məhdudiyyətlər qoymaqla Rusiya ilə dialoqdan uzaqlaşmağa çalışır. ABŞ nüvə sınaqları keçirərsə, Rusiya Federasiyası adekvat cavab verməyə məcbur olacaq", - deyə o bildirib.

Bu xəbər ilə bağlı
Lavrov G20 sammitində Qərbi tənqid etdi
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu