Modern.az

Rusiyada hərbi təyyarə partladı - 1 ölü, 5 yaralı var

Rusiyada hərbi təyyarə partladı - 1 ölü, 5 yaralı var

Dünya

2 Mart 2023, 16:10

Rusiyanın Ulyanovsk şəhərində yerləşən təyyarə zavodunda İl-76 hərbi-nəqliyyat təyyarəsi partlayıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, insident İl-76 təyyarəsinin gövdəsinin testdən keçirilməsi zamanı baş verib. Təzyiq altında depressurizasiya baş verib, nəticədə təyyarədə partlayış olub.

 

Partlayış nəticəsində 6 işçi yaralanıb, onlardan biri daha sonra aldığı xəsarətlərdən ölüb.

 

Detallar araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu