Modern.az

Blinken Lavrovla 10 dəqiqəlik söhbət edib

Blinken Lavrovla 10 dəqiqəlik söhbət edib

Dünya

2 Mart 2023, 16:24

Hindistanda keçirilən G20 sammitində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında qısa söhbət olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters", AP və AFP agentlikləri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, söhbət zamanı Blinken Rusiyadan Strateji Hücum Silahları Müqaviləsində (START) iştirakını dayandırmaq qərarına yenidən baxmağı xahiş edib. Görüş 10 dəqiqə davam edib.

 

Mətbuatın yazdığına görə, söhbət zamanı Blinken Lavrova ABŞ-ın Ukraynaya hərbi əməliyyatlarda dəstəyini davam etdirəcəyini bildirib. Bundan əlavə, o, Lavrovu Rusiyada həbsdə olan amerikalı Pol Uilanı azad etməyə çağırıb.

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova görüşün keçirildiyini təsdiqləyib. Onun sözlərinə görə, görüş Amerika tərəfindən tələb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu