Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalında terrorçulara qarşı əməliyyat keçirib.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Əməliyyat nəticəsində PKK terror qruplaşmasının “rəhbər şəxsi” Saad Ali Bedel məhv edilib. Bildirilir ki, o, qruplaşmanın Sincar bölgəsindən məsul olub.