Avropa İttifaqı (Aİ) bir neçə həftə ərzində birgə maliyyələşdirilən layihə çərçivəsində Ukraynaya döyüş sursatları verməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Bildirilir ki, Kiyevə mərmilərin alınması üçün Avropa Sülh Fondundan 1 milyard avro ayrılacaq.
Nəşr qeyd edir ki, Kiyevə daha çox təcili ehtiyaclar üçün artilleriya sursatları, xüsusilə də 155 mm-lik haubitsa mərmiləri veriləcək.