Rusiya prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının qapalı toplantısını keçirib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, əsas müzakirə mövzusu antiterror tədbirlərinin gücləndirilməsi olub. Detallar açıqlanmayıb.
***
14:32
Rusiya prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının toplantısını keçirəcək.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Putin Bryansk vilayətində törədilən "təxribatla bağlı" bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşəcək.
"Görüş bağlı qapılar arxasında keçiriləcək", - sözçü əlavə edib.
Qeyd edək ki, Ukrayna tərəfi Bryansk vilayətində guya təxribat törədilməsi ilə bağlı Moskvanın yaydığı məlumatı təkzib edib.