Modern.az

Yanan əsgərin ailəsi Gümrü-İrəvan yolunu BAĞLADI

Yanan əsgərin ailəsi Gümrü-İrəvan yolunu BAĞLADI

Dünya

3 Mart 2023, 14:58

Ermənistanda yanğın zamanı həlak olan əsgər Palyan Poqosyanın yaxınları Gümrüdən İrəvana gedən yolu bağlayıblar.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, onlar daha sonra yolu açıb, amma bir həftə ərzində Ermənistanın müdafiə naziri ilə görüşməsələr, yenidən magistralı bağlayacaqlarını elan ediblər.

 

Əsgərin yaxınları bildiriblər ki, onun ölümünün araşdırılmasında irəliləyiş görmürlər, onlara heç bir məlumat verilmir.

 

Qeyd olunub ki, buna görə də bu gün yaşadıqları Şirakın (Şörəyel mahalı) Azatan kəndi yaxınlığında magistral yolu bağlayıblar. Polis onları Müdafiə Nazirliyinin rəhbəri ilə görüş təşkil etmək şərti ilə yolu açmağa razı sala bilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu