Modern.az

Podolyakdan TƏKZİB: Rusiyadakı hadisələrdə iştirak etmirik

Podolyakdan TƏKZİB: Rusiyadakı hadisələrdə iştirak etmirik

Dünya

3 Mart 2023, 15:07

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak növbəti dəfə rəsmi Kiyevin Rusiya Federasiyası ərazisində baş verən insidentlərdə - Bryansk vilayətindəki hadisələrdə və PUA hücumlarında iştirakını təkzib edib.

 

Modern.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.

 

"Kritik obyektlərdə partlayışlar, naməlum PUA-ların Rusiya Federasiyasının regionlarına hücumları, toqquşmalar, yaşayış məntəqələrinə partizanların hücumları - bütün bunlar Rusiya Federasiyası daxilində nəzarətin itirilməsinin birbaşa nəticələridir. Müharibənin nəticələri isə... Ukrayna Rusiya Federasiyasındakı daxili münaqişələrdə iştirak etmir...”, - deyə müşavir vurğulayıb.

 

Qeyd edək ki, dünən Podolyak Bryansk hadisələri barədə açıqlamasında Rusiya Federasiyasının ya partizan müharibəsi ilə üzləşdiyini, ya da bunun qəsdən törədilmiş təxribat olduğunu bildirmişdi.

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var