Modern.az

İmamoğlu: Mənim də namizədim Kılıçdaroğludur

İmamoğlu: Mənim də namizədim Kılıçdaroğludur

3 Mart 2023, 15:16

Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu namizədliyi barədə fikirlərə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Halk TV-də İsmayıl Küçükkayanın proqramına qatılan İmamoğlu CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə qarşı çıxanlara İstanbulda keçirilən yerli seçkiləri xatırladıb.

 

O deyib: "İstanbul seçkilərini asanlıqla qazandıqmı? "Biz 15 faiz qabaqladıq, amma sorğularda 14-15 faiz geridə idik. Hər CHP üzvü kimi mənim də namizədim Kılıçdaroğludur".

 

"Altılı masanın qərarı əhəmiyyətlidir. Bu masanın qərar verərkən narahatlıqları aradan qaldırması vacibdir. Əgər kimsə narahatdırsa, o narahatlığı da həll edəcəyik", - deyə İmamoğlu əlavə edib.

 

Qeyd edək ki, Altılı Masanın dünən keçirilən toplantısında vahid namizəd təyin olunsa da, hələlik ictimaiyyətə açıqlanmayıb. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?