Modern.az

Deputat küçədə meyvə-tərəvəz satan şəxsi TUTDURDU

Deputat küçədə meyvə-tərəvəz satan şəxsi TUTDURDU

3 Mart 2023, 15:39

Ermənistanda hakim "İctimai Müqavilə" partiyasından olan deputat Ovik Aqazaryan ölkəsində "kartof qalmaqalı" ilə gündəm olub.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, İrəvan küçələrinin birində avtomobillə meyvə-tərəvəz satan şəxslə dalaşıb.

 

Satıcının nəqliyyatın hərəkətinə mane olması deputatı qəzəbləndirib. Onun irad bildirməsi sonradan mübahisəyə və davaya çevrilib.

 

Məlumata görə, Ermənistan İstintaq Komitəsi faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açıb, Aqazaryan isə zərərçəkmiş şəxs kimi tanınıb. Bildirilib ki, hadisə ilə əlaqədar bir nəfər saxlanılıb və araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?