Türkiyədə müxalif İYİ Partiyanın idarə heyəti daxil olduqları "Altılı Masa" və "Millət İttifaqı" siyasi blokunun vahid namizədi kimi CHP sədri Kamal Kılıçdaroğlunun irəli sürülməsini qəbul etməmək barədə qərar verib.
Modern.az xəbər verir ki, türkiyəli jurnalist İsmail Saymaz tviter səhifəsində İYİ Partiyanın sədri Meral Akşenerin yaxın saatlarda bu barədə ictimaiyyətə açıqlama ilə çıxış edəcəyini yazıb.
Qeyd edək ki, dünən "Altılı Masa"nın toplantısında vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verilib. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.