"Heç narahat olmayın, bütün daşlar yerinə oturacaq".
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu İYİ Partiyanın onun vahid namizədliyindən imtina etməsi və partiya sədrinin "Altılı Masa"dan çıxmaq barədə qərarını şərh edərkən deyib.
Qeyd edək ki, dünən "Altılı Masa"nın toplantısında vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verilib. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq, siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.
İYİ Partiya idarə heyəti Kılıçdaroğlunun namizədliyinin qəbul edilməməsi barədə qərar verib, daha sonra isə sədr Meral Akşener "Altılı Masa"nı tərk etdiklərini elan edib.