Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın xarici işlər naziri Vopke Hoekstra və Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb.
Zelenski Niderlandın XİN başçısı ilə Haaqada Ukraynaya qarşı təcavüz cinayətinin təqibi üzrə Beynəlxalq Mərkəzin yaradılmasını müzakirə edib.
Estoniyanın xarici işlər naziri ilə söhbət zamanı isə Rusiyaya qarşı sanksiyaların daha da artırılmasının vacibliyi müzakirə olunub.
Akif İsmayılov