Modern.az

Kadırov “şişib” – Səhhətində ciddi problemlər var

Kadırov “şişib” – Səhhətində ciddi problemlər var

Dünya

3 Mart 2023, 22:44

Çeçenistan lideri Ramzan Kadırovun səhhətində ciddi problemlərin yarandığı bildirilir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kadırov son videolarında kökəlmiş, şişkin görünür və bəzən gözlərini aça bilmir. Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var.

 

Məlumata görə, çeçen lider rusiyalı həkimlərə etibar etməyib və Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana xüsusi həkim gətirib.

 

Digər iddiaya əsasən, Kadırov səhhətində yaranmış problem səbəbindən Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də parlamentdəki çıxışına qatıla bilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu