ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu Robert Frensis Kennedi 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə "FOX News" telekanalı məlumat yayıb.
Senator Robert Frensis Kennedinin oğlu kiçik Kennedi Demokrat Partiyasının praymerizində iştirak etmək niyyətindədir.
“Mən bu barədə düşünürəm, bəli. Mən ən böyük maneəni dəf etdim – həyat yoldaşım mənə yaşıl işıq yandırdı”, - o deyib. Kennedi ABŞ-ın hazırkı prezidenti Co Baydenin ikinci müddətə namizəd olacağı təqdirdə onunla rəqabət aparmağa hazır olduğunu deyib.
69 yaşlı Robert Kennedi daha çox ətraf mühit və peyvənd əleyhinə fəal kimi tanınır.