Modern.az

Qlobal istiləşmə ildırımların sayını artırıb

Qlobal istiləşmə ildırımların sayını artırıb

Dünya

4 Mart 2023, 09:47

İspaniya alimləri dünyada ildırımların sayının və müddətinin artdığını aşkar ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə onların "Nature" jurnalında məqaləsi dərc olunub.

 

Alimlər yaxın gələcəkdə Asiya, Avropa, Avstraliya, ABŞ kimi bölgələrdə daha tez-tez ildırımların olacağını düşünür.

 

Məqalədə qeyd edilib ki, 29 aprel 2020-ci ildə ABŞ-da çaxan ildırım uzunluğuna görə rekord qırıb. Luizianadan Meksika körfəzinə qədər müşahidə olunan ildırımın uzunluğu 768 kilometr olub.

 

Alimlərin fikrincə, yanğın təhlükəsi yaradan ildırımların sayı artıb və buna səbəb qlobal istiləşmədir. İndi dünyada hər saniyədə üç ildırım çaxır. Mütəxəssislərin hesablamalarına görə, 2090-cı ildə saniyədə çaxan ildırımların sayı 4-ə çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu