Ukraynada müharibə başlayandan bəri 200 mindən çox rus əsgəri, 1800-dən çox zabit öldürülüb və ya yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı birləşmiş qüvvələrinin baş komandanı Kristofer Kavoli məlumat verib.
O bildirib ki, ruslar Ukraynada 2000-dən çox tank itirib.
General müharibənin miqyasının ağlasığmaz olduğunu və Rusiyanın Ukraynaya hücumundan sonra NATO-nun “yeni reallığa” uyğunlaşmalı olduğunu vurğulayıb.
Kavolinin sözlərinə görə, Rusiya ordusu orta hesabla gündə 23 mindən çox artilleriya mərmisi buraxır.