Modern.az

İmamoğlu və Yavaş Akşenerlə görüşəsi olmadı - YENİLƏNİB

İmamoğlu və Yavaş Akşenerlə görüşəsi olmadı - YENİLƏNİB

Dünya

4 Mart 2023, 17:25

Türkiyənin milliyətçi İYİ Partiyası İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın partiya sədri Meral Akşenerlə görüşəcəyi xəbərini təkzib edib.

 

Modern.az xəbər verir ki, bu barədə partiya sözçüsü məlumat yayıb.

 

***

 

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Türkiyənin milliyətçi İYİ Partiyasının sədri Meral Akşenerlə görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "HaberTürk" kanalı məlumat yayıb.

 

Yavaş və İmamoğlu onları namizəd olmağa çağıran Akşenerə namizəd ola bilməyəcəklərini izah edəcəklər. Onlar, həmçinin müxalifətin formalaşdırdığı "Altılı masa"nın dağılmamasına səy göstərəcəklər.

 

Görüşün İYİ Partiyasının qərargahında deyil, başqa məkanda keçiriləcəyi gözlənilir.

 

Qeyd edək ki, "Altılı masa" adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiyası blokdan çıxdığını açıqlayıb. Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb və o, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu