“Biz tutduğumuz yol, planımız ilə işləməyə davam edirik”.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Altılı masa"da yaşanan hadisələri şərh edərkən deyib.
“Onlar nə deyərlər, nə edərlər, bizim belə bir narahatlığımız yoxdur. Xalq Alyansı olaraq hədəfimizi müəyyən etmişik”, - Ərdoğan bildirib.
Qeyd edək ki, "Altılı masa" adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiya blokdan çıxdığını açıqlayıb. Partiya lideri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb və o, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.