Böyük Britaniya Ukraynaya vəd etdiyindən 2 dəfə çox sayda tank verəcək.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko bildirib.
O qeyd edib ki, Böyük Britaniya əvvəlcə 14 “Challenger” tankını Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırırdı, lakin Prezident Volodimir Zelenskinin fevralın əvvəlində Londona səfərindən sonra tankların sayının 28-ə çatdırılması qərara alınıb.
Səfir, həmçinin bildirib ki, Ukrayna Britaniyadan 33 ədəd AS-90 artilleriya sistemləri alacaq.