Modern.az

70 yaşlı yazıçı prezident olmaq istəyir

70 yaşlı yazıçı prezident olmaq istəyir

Dünya

5 Mart 2023, 08:37

"ABŞ-da baş verən hadisələrdən kədərlənirik, ölkə üçün narahatıq. Biz bilirik ki, ölkəmiz bir çox çağırışlarla üz-üzədir. Ədalətsizlik və qorxu qüvvələrinin öhdəsindən gəlməyə çalışacağam. Bu gün mən ABŞ prezidentliyinə namizədəm".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Demokratlar Partiyasının tərəfdarı olan 70 yaşlı yazıçı Marianna Uilyamson deyib. 

 

O bildirib ki, seçki kampaniyası zamanı diqqəti ABŞ-da qeyri-bərabər gəlir və korrupsiya problemlərinə yönəltmək niyyətindədir.

 

Məlumat üçün bildirək ki, Marianna Uilyamson ABŞ-da 2020-ci il seçkilərindən təxminən bir il əvvəl də prezidentliyə namizədliyini irəli sürüb. Rəy sorğularına görə, o, ciddi seçici dəstəyi toplaya bilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu