Modern.az

Ukrayna tərəfi Baxmutun işğalını təkzib etdi

Ukrayna tərəfi Baxmutun işğalını təkzib etdi

5 Mart 2023, 09:05

Ukrayna tərəfi Rusiya qüvvələrinin Donetsk vilayətinin Baxmut şəhərini nəzarətə götürməsi ilə bağlı məlumatları təkzib edib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna ordusunun Şərq qrupunun nümaynədəsi Sergey Çerevatıy Ukrayna ordusunun Baxmutdan çıxmadığını açıqlayıb.

 

O qeyd edib ki, şəhərin ətrafında döyüşlər davam etsə də, Baxmut rəsmi Kiyevin nəzarətindədir.

 

Çerevatıy həmçinin döyüşlər zamanı 150-dən çox Rusiya hərbçisinin zərərsizləşdirildiyini əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu