Rusiya qüvvələri tərəfindən Ukraynanın Zaporojye vilayətinə raket hücumu nəticəsində həyatını itirən 13 dinc sakindən biri 8 aylıq uşaq olub.
Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.
***
10:04
Ukraynanın Zaporojye vilayətində dağıntılar altından daha 2 nəfərin meyiti tapılıb.
Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Bildirilib ki, bununla da martın 2-də Rusiya qüvvələri tərəfindən Ukraynanın Zaporojye vilayətinə raket hücumu nəticəsində ölən dinc sakinlərin sayı 13-ə çatıb.
Qeyd edək ki, raket yaşayış binalarından birinə düşmüşdü və böyük dağıntı əmələ gəlmişdi.