Modern.az

Saakaşvili zəhərlənməsindən DANIŞDI

Saakaşvili zəhərlənməsindən DANIŞDI

5 Mart 2023, 11:06

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili səhhəti ilə bağlı yeni açıqlama verib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Saakaşvili həbs müddətində çəkisinin 55 kiloqram azaldığını deyib.

 

Beyninin zədələndiyini söyləyən eks-prezident vəziyyətinin ağır olduğunu diqqətə çatdırıb. O, səbəbin zəhərlənmə olduğunu və özünü çox pis hiss etdiyini əlavə edib.

 

"İndi tam yataq xəstəsiyəm, hərdən bayılıram", - deyə Saakaşvili bildirib.

 

Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu