Modern.az

Ukraynaya da, Rusiyaya da silah vermirik - Serbiya prezidenti

Ukraynaya da, Rusiyaya da silah vermirik - Serbiya prezidenti

Dünya

5 Mart 2023, 13:51

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin nə Rusiyaya, nə də Ukraynaya silah tədarük etdiyini bildirib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Vuçiç Serbiyanın silah-sursatın üçüncü tərəfə ötürülməsindən qorunmaq üçün əlavə tədbirlər gördüyünü açıqlayıb. 

 

"Hər bir müqavilədə ölkənin istehsal etdiyi silahların Belqradın icazəsi olmadan yenidən satışına qadağa qoyulub", - deyə o söyləyib.

 

Vuçiç xatırladıb ki, ölkəsi əvvəllər münaqişə zonalarına silah çatdırılmasında ittiham olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu