Rusiya qüvvələri tərəfindən Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərinin atəşə tutulması nəticəsində bir nəfər həlak olub.
Modern.az "Meduza"ya istinadən xəbər verir ki, Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, martın 4-də axşam saatlarında başlayan hücum zamanı Kupyanskda 5 yaşayış binası dağılıb, yanğınlar başlayıb.
Həmçinin 65 yaşlı yerli sakin yaşayış binasına düşən mərmi nəticəsində həlak olub.
Martın 5-də səhər saatlarında Kupyanskın təkrar atəşə tutulması nəticəsində şəhərdə nəqliyyat infrastrukturu obyektinə ziyan dəyib. Mərmi dəmiryol vağzalının binasına düşüb.
Dnepropetrovsk vilayətində parlayış səsləri eşidilməsi barədə də məlumatlar var.