Modern.az

Serb millətçilər sülh sazişinə etiraz edir

Serb millətçilər sülh sazişinə etiraz edir

Dünya

5 Mart 2023, 23:20

Belqradda Avropa İttifaqının (Aİ) Serbiya və Kosovo arasında əlaqələri bərpa etmək planına etiraz məqsədilə yürüş keçirilib.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, aksiyada yüzlərlə serb millətçi və pravoslav xristianlar iştirak ediblər.

 

Serb millətçilər prezident Aleksandar Vuçiçi Kosovo ilə Qərb tərəfindən dəstəklənən danışıqlardakı roluna görə tənqid ediblər.

 

Fevralın 27-də Vuçiç və Kosovonun baş naziri Albin Kurti münasibətlərin normallaşmasına dair sazişi şərti olaraq razılaşdırsalar da, imzalamayıblar.

 

Serbiya və Kosovo liderləri martın 18-də Aİ-nin himayəsi altında Şimali Makedoniyanın Ohrid şəhərində sülh sazişi üçün yenidən görüşəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu