ABŞ Dövlət Departamenti Konqo Demokratik Respublikasında İŞİD terror təşkilatının lideri, Uqanda vətəndaşı Musa Balukunun harada olduğu barədə məlumat verənə 5 milyon dollar mükafat elan edib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Vaşinqtonun göndərdiyi bildirişə görə, Baluku terror aktlarında, adam oğurluğunda, zorlamalarda və mülki şəxslərin, o cümlədən uşaqların öldürülməsində iştirak edir. Həmçinin onun rəhbərliyi altında azyaşlılar zorla terror təşkilatına cəlb edilir.
Baluku "Mərkəzi Afrika vilayətinin" rəhbəri olmamışdan əvvəl qrupun şəriət hakimi olub. Bəzi məlumatlara əsasən, cihadçı əvvəllər İŞİD-in Mozambikdəki hücrəsində aparıcı vəzifələrdən birini tutub.