Modern.az

Bəşər Əsəd Putinlə görüşə gedir

Bəşər Əsəd Putinlə görüşə gedir

Dünya

6 Mart 2023, 08:28

Suriya prezidenti Bəşər Əsəd bu il martın ortalarında Rusiyaya rəsmi səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 

Əsəd Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

 

Məlumata görə, Əsədin səfərinin məqsədi Rusiya rəhbərliyindən maliyyə və enerji yardımı almaqdır.

 

Bildirilib ki, İranın Suriyaya neft məhsullarının tədarükünün qiymətlərini artırması və fevralda baş verən zəlzələlərin nəticələri fonunda Suriya hakimiyyətinin Rusiyanın dəstəyinə ehtiyacı yaranıb

 

Bəşər Əsəd sonuncu dəfə 2021-ci ilin sentyabrında Moskvaya səfər edib. 2022-ci ilin sonundan Suriyada iqtisadi vəziyyət kəskin pisləşib və bu, demək olar ki, bütün sektorlarda problemlərə səbəb olub. BMT-nin məlumatına görə, Suriya əhalisinin 90%-nin humanitar yardıma ehtiyacı var. Ölkə hakimiyyəti böhrana görə Qərbin sanksiyalarını günahlandırır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu