Modern.az

Erbakanın oğlu “Millət İttifaqı”nı dağıtmaq istəyir? - Gəlin bizimlə birləşin...

Erbakanın oğlu “Millət İttifaqı”nı dağıtmaq istəyir? - Gəlin bizimlə birləşin...

Dünya

6 Mart 2023, 11:58

Türkiyənin sabiq baş naziri Necmettin Erbakanın oğlu, Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan "Millət İttifaqı"na daxil olan sağçı partiyalara müraciət edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Erbakan İYİ Partiyanın bu siyasi ittifaqdan çıxmasından sonra təklif irəli sürüb.

 

"Gələcək Partiyası, Səadət Partiyası, İYİ Partiya və bizim partiyamız kimi seçici kütləsi bir-birinə yaxın olan partiyaların ittifaqı müzakirə oluna bilər. Bu partiyaları bizimlə birləşməyə çağırıram. Seçkilərə öz adımızla girəcəyik, prezidentliyə namizədəm", - deyə o bildirib.

 

Qeyd edək ki, Yenidən Rifah Partiyası Temel Karamollaoğlunun sədrlik etdiyi Səadət Partiyasından qopub.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu