Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Macarıstan XİN başçısını müharibə ilə bağlı mövqeyinə görə tənqid edib.
Modern.az xəbər verir ki, Podolyak tviter səhifəsində bu barədə paylaşım edib.
"Şeytanın vəkilliyini etmək bəzən faydalıdır, amma çox zaman tarixi fiaskoya yol açır. Macarıstanın XİN başçısı Peter Siyarto "məqsəd insanları öldürməyi dayandırmaq və atəşkəsdir" deyəndə Ukraynanın təslim olmasını istəyir və soyqırımını müdafiə edir. Tarixi daha diqqətli şəkildə nəzərdən keçirməyə dəyər", - deyə müşavir yazıb.
Qeyd edək ki, Macarıstan tərəfi müxtəlif rəsmi açıqlamalarında Ukraynada müharibənin dayandırılmasının vacibliyi barədə fikirlər səsləndirir və Ukraynanı dəstəkləməkdən yayınır.
Being a devil's advocate is beneficial sometimes but more often it leads to a historic fiasco. When ?? (#Szijjártó) says that "the goal is to stop killing people & cease fire", it calls for the surrender of ?? & advocates ru-genocide. It’s worth studying history more attentively.
— Михайло Подоляк (@Podolyak_M) March 6, 2023