Modern.az

Peskov Lukaşenko və "Şimal axını"ndan DANIŞDI

Peskov Lukaşenko və

Dünya

6 Mart 2023, 13:44

Kremlin mətbuat katibi Dmitri Peskov "Şimal axını" və Belarus prezidenti Aleksandr Lukaşenkonun Çin səfəri ətrafında gedən müzakirələri şərh edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Peskov Rusiya prezidentinin Lukaşenko ilə təmaslarının planlaşdırılmadığını açıqlayıb.

 

"İndi “Şimal axını” qaz kəmərlərinin taleyi ilə bağlı qərarı səhmdarlar və “Qazprom” verəcək, Kreml şirkətə tövsiyələr verməyəcək. Putin Lukaşenko vasitəsilə Çin hakimiyyətinə heç bir mesaj verməyib. Belarus prezidentinin Çinə səfərindən sonra Putinlə Lukaşenko arasında yaxın bir neçə günə söhbətləşmək planlaşdırılmayıb", - deyə Kreml rəsmisi bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?