Rusiya Qoşulmama Hərəkatında müşahidəçi statusunu Azərbaycanın sədrliyi dövründə alacaq.
Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin "Sputnik"ə müsahibəsində bildirib.
“Azərbaycan hərəkat ölkələrinin fəaliyyətinin uzlaşdırılması və koordinasiyası üzrə xeyli iş görüb”, - deyə nazir müavini qeyd edib.
Onun fikrincə, rəsmi Bakının sədrliyi dövründə Qoşulmama Hərəkatının daha effektiv və yekdil olması üçün yaxşı zəmin yaradılıb.
“Müasir dünyaya bu gün məhz bu tələb olunur”, - deyə Verşinin əlavə edib.