Modern.az

Türkiyədə zəlzələdə ölənlərin sayı 46 mini KEÇDİ 

Türkiyədə zəlzələdə ölənlərin sayı 46 mini KEÇDİ 

Dünya

6 Mart 2023, 20:46

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 mini keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

 

Dövlət başçısı bildirib ki, təbii fəlakət zamanı 46 104 nəfər həlak olub.

 

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya və on minlərlə insan itkisinə səbəb olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu