Modern.az

Müdafiə nazirləri Ukraynaya görə toplanır 

Müdafiə nazirləri Ukraynaya görə toplanır 

Dünya

6 Mart 2023, 21:20

Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirləri martın 7-8-də qeyri-rəsmi görüş keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İsveçin Aİ-dəki nümayəndəliyi məlumat yayıb.

 

Görüş Stokholmda baş tutacaq. İclasın ilk sessiyası Aİ-nin Ukraynaya hərbi dəstəyinə həsr ediləcək.

 

Toplantıda Ukraynadakı vəziyyətlə bağlı məlumat verəcək əməliyyat qüvvələrinin komandirləri, eləcə də Ukrayna nümayəndəsi iştirak edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu