Modern.az

“Altılı masa” Kılıçdaroğlunu vahid namizəd SEÇDİ

“Altılı masa” Kılıçdaroğlunu vahid namizəd SEÇDİ

Dünya

6 Mart 2023, 21:53

Türkiyə müxalifətinin formalaşdırdığı "Altılı masa"nın iclası başa çatıb.

 

Modern.az xəbər verir ki, iclasda Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədinin CHP lideri Kamal Kılıçdaroğlu olması barədə qərar qəbul edilib.

 

İclas Səadət Partiyasının qərargahında keçirilib. Görüşdə Səadət Partiyasının sədri Temel Karamollaoğlu, CHP lideri Kamal Kılıçdaroğlu, İYİ partiyasının sədri Meral Akşener, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat partiyasının lideri ‎Gültekin Uysal iştirak edib.

 

Görüşdən sonra çıxış edən Karamollaoğlu vahid namizədin Kılıçdaroğlu olması barədə razılığa gəldiklərini deyib.

 

Kılıçdaroğlu seçiləcəyi təqdirdə digər partiya sədrlərinin vitse-prezident olacağını bildirib.

 

Qeyd edək ki, seçkilər mayın 14-də keçiriləcək. Prezident seçkiləri barədə qərar martın 10-da qəbul ediləcək.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu