Türkiyənin zəlzələ bölgəsində 488 min yeni ev tikib vətəndaşlarımıza təhvil verəcəyik.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra mətbuata açıqlamasında bildirib.
O deyib ki, mövcud plana əsasən, tikiləcək binaların 405 mini yaşayış yeri, 83 mini isə kənd evi olacaq.
“Məqsədimiz qarşıdakı 2 ayda 244 min yaşayış binasının və 75 min kənd evinin tikintisinə başlamaqdır. Bunlardan təxminən 22 mininin tikintisinə başlanılıb”, - deyə Ərdoğan qeyd edib.