Filippinin Mindanao adasında 5.8 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 42 500 nəfər əhalisi olan Kompostela şəhərindən 14 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı isə yerin 13 kilometr dərinliyində olub.
Bildirilib ki, tələfat və dağıntılar barədə məlumat yoxdur.