Modern.az

Ermənistanda hökumət nümayəndələri qəzaya düşdü - 11 yaralı

Ermənistanda hökumət nümayəndələri qəzaya düşdü - 11 yaralı

7 Mart 2023, 11:52

İrəvanda Ermənistan hökuməti aparatının əməkdaşlarının olduğu xidməti avtobus qəzaya uğrayıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb. 

 

Bildirilib ki, 11 nəfər xəsarət alan var, onların hamısı xəstəxanalara yerləşdirilib.

 

Məlumata görə, avtobus minik avtomobili ilə toqquşub, daha sonra yol kənarındakı hasara çırpılıb. Hadisənin səbəbləri araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu