Modern.az

HDP 6 milyon səs alıb, yadlaşdırmaq olmaz - CHP-li deputat

HDP 6 milyon səs alıb, yadlaşdırmaq olmaz - CHP-li deputat

7 Mart 2023, 12:12

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyası sədrinin müavini Özgür Özel Xalqların Demokratik Partiyası (HDP) tərəfindən "Millət İttifaqı"nın prezidentliyinə vahid namizədi Kamal Kılıçdaroğluna ünvanlanan çağırışa münasibət bildirib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, deputat həmçinin CHP-nin HDP ilə siyasi münasibətlərə məsafəli yanaşmalı olduğunu düşünənlərin tənqidlərini də şərh edib.

 

"HDP digər siyasi qüvvələr kimi millətin səs verdiyi, 6 milyon vətəndaşın səsini almış, seçicilərin "siyasətlə məşğul olun" dediyi bir partiyadır. Yox saymaq, yadlaşdırmaq olmaz. Buna görə də CHP sədri Kamal Kılıçdaroğlu HDP qərargahına baş çəkməlidir", - deyə o bildirib.

 

Qeyd edək ki, 6 mart tarixində "Millət İttifaqı"nın toplantısından sonra Kamal Kılıçdaroğlu vahid namizəd elan olunub. HDP Kılıçdaroğlunun namizədliyini dəstəklədiyini və başqa namizəd çıxarmayacağını ifadə edib və bu məsələləri müzakirə etmək üçün CHP sədrini partiya qərargahına dəvət edib. 

Bu xəbər ilə bağlı
HDP də Kılıçdaroğlunu dəstəklədi - Namizəd çıxarmayacaqlar
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu