Modern.az

Fotoların müqayisəsi: Tarix təkərrür edir, yoxsa dejavü yaşayırıq?

Fotoların müqayisəsi: Tarix təkərrür edir, yoxsa dejavü yaşayırıq?

Dünya

7 Mart 2023, 12:34

"Dejavümü demək lazımdır, yoxsa tarix təkərrür edirmi daha doğrudur, bilmədim".

 

Modern.az xəbər verir ki, bunu məşhur türkiyəli jurnalist, "Teke Tek" verilişinin aparıcısı Fatih Altaylı tviter səhifəsində paylaşdığı Ərdoğan-Erbakan-Gökçek və İmamoğlu-Kılıçdaroğlu-Yavaş fotosunun başlığına yazıb.

 

Belə ki, sözügedən foto 1994-cü ildə keçirilmiş bələdiyyə seçkiləri zamanı çəkilib. Ankara və İstanbulda qələbə çalan Rifah Partiyasının namizədləri Rəcəb Tayyib Ərdoğan və Melih Gökçek, habelə partiya sədri Necmettin Erbakanın yer aldığı foto CHP-nin Ankara və İstanbul bələdiyyə sədrləri Ekrem İmamoğlu və Mansur Yavaş, CHP sədri Kemal Kılıçdaroğlunun əl-ələ tutduğu şəkillə müqayisə olunub.

 

Birinci şəkildən bir müddət sonra - 1996-1997-ci illərdə ölkəyə rəhbərlik etmiş (baş nazir idi) Erbakan daha sonra siyasətdə qürub çağını yaşamış, İstanbul bələdiyyəsinin sədri Rəcəb Tayyib Ərdoğan isə Türkiyə lideri olmuşdu.

 

Fatih Altaylı buna işarə edərək Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə gələcəkdə onu da Ekrem İmamoğlunun əvəz edə biləcəyinə eyham vurub.

 

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu