Türkiyənin paytaxtı Ankara şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 18 xarici ölkə vətəndaşı saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, Ankara Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi tərəfindən görülən tədbirlər nəticəsində İŞİD-lə əlaqədə olduğu müəyyən edilən 20 əcnəbi şübhəliyə qarşı əməliyyat keçirilib.
Şəhər daxilində eyni vaxtda təşkil edilən əməliyyatlarda 18 nəfər saxlanılıb.
Bildirilib ki, saxlanılan şəxslər dindirilmələrdən sonra deportasiya edilmək üçün Miqrasiya İdarəsinə təhvil veriləcək.