Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa Xarici İşlər Nazirliyinin (XİN) Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföyü qəbul edib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, tərəflər Laçın dəhlizindəki situasiya ilə bağlı fikir mübadiləsi aparıblar.
Bildirilib ki, görüş Rokföyün İrəvana səfəri çərçivəsində baş tutub.