Modern.az

“Patriot” sistemləri Ukraynaya GƏTİRİLDİ

“Patriot” sistemləri Ukraynaya GƏTİRİLDİ

7 Mart 2023, 14:48

ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemləri artıq Ukraynaya gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

 

"Polşanın səyləri sayəsində, xüsusən də “Patriot” batareyaları və ilk “Leopard” tankları Ukraynaya gətirilib", - deyə o bildirib. Blaşçak qeyd edib ki, müharibə başlayandan bəri Polşa Ukraynaya 2,2 milyard avroluq silah ötürüb.

 

Xatırladaq ki, fevral ayında Ukrayna hərbçiləri Almaniyada "Patriot"la bağlı təlimlərə başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu