Modern.az

Quterreş yenidən Kiyevdədir - YENİLƏNİB

Quterreş yenidən Kiyevdədir - YENİLƏNİB

7 Mart 2023, 22:45

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynada səfərdədir.

 

Modern.az xəbər verir ki, bu barədə Baş katibin ofisi məlumat verib.

 

“Baş katib bu gün səhər saatlarında Polşaya gedib. O, artıq Ukraynadadır və Prezident Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gedir”, - açıqlamada deyilir.

 

Məlumata görə, Quterreş Kiyevə səfərindən əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin ilə telefonla danışaraq Ukraynaya səfəri barədə ona məlumat verib.

 

***

18:00

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin martın 8-də Kiyevə səfəri planlaşdırılır. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dyujarrik məlumat verib.

 

Onun sözlərinə görə, Quterreş bu gün Polşaya, oradan da Kiyevə gedəcək.

 

Quterreş Zelenski ilə görüşündə regiondakı vəziyyətlə yanaşı, Ukrayna taxılının ixracına dair sazişin müddətinin uzadılmasını müzakirə edəcək.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə