Modern.az

Tbilisidə polislə etirazçılar arasında qarşıdurma - YENİLƏNİB

Tbilisidə polislə etirazçılar arasında qarşıdurma - YENİLƏNİB

Dünya

7 Mart 2023, 21:55

Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət hökm sürür.

 

Modern.az xəbər verir ki, parlamentin binası önündə keçirilən aksiya zamanı polislə etirazçılar arasında insident baş verib. Polis etiraçıların parlament binasına daxil olmasında imkan verməyib.

 

Etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə olunub. İnsident nəticəsində xəsarət alanların olduğu bildirilir.

 

Hazırda Tbilisidə gərginlik davam edir.

 

***

Gürcüstanın paytaxtı Tbilisi şəhərində parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirilir.

 

Modern.az xəbər verir ki, hazırda polislə etirazçılar arasında toqquşma yaşanır.

 

Məlumata görə, əraziyə cəlb olunan xüsusi təyinatlılar aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə edir. Hadisə yerinə təcili yardım briqadaları da gətirilib.

 

Parlament binası önünə toplaşan şəxslər qalmaqallı "xarici agentlər" haqqında qanuna etiraz edirlər.

 

Qeyd edək ki, bu gün Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib. 76 deputat qanun layihəsinin lehinə, 13-ü əleyhinə səs verib.

 

Sözügedən qanun layihəsi Gürcüstan parlamentində etirazlara səbəb olub. Qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizdən çoxunu xarici mənbələrdən əldə edən media subyektləri və qeyri-hökumət təşkilatları xarici təsir agentləri kimi qeydiyyatdan keçməli olacaqlar. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu