Gürcüstan Prezidenti Salome Zurabişvili Rustaveli prospektində aksiya keçirən vətəndaşları dəstəklədiyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, xalqa müraciəti zamanı danışıb.
Zurabişvili mübahisə doğuran "xarici agentlər" haqqında qanun layihəsinə veto qoyacağını bəyan edib.
Qeyd edək ki, bu gün Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib. 76 deputat qanun layihəsinin lehinə, 13-ü əleyhinə səs verib. Sözügedən qanun layihəsi Gürcüstan parlamentində etirazlara səbəb olub. Qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizdən çoxunu xarici mənbələrdən əldə edən media subyektləri və qeyri-hökumət təşkilatları xarici təsir agentləri kimi qeydiyyatdan keçməli olacaqlar.
Sözügedən qanuna etiraz edən vətəndaşlar və siyasi partiya fəalları parlament binası qarşısında etiraza toplaşıblar. Aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma yaşanıb.